Oyun zamanı qarnını doyuran qapıçı
İngiltərə Federasiya Kubokunun 1/8 final mərhələsinin “Satton Yunayted” – “Arsenal” (0-2) oyununda maraqlı görüntü qeydə alınıb. Sportline.az xəbər verir ki, meydan sahibləri məğlubiyyətdən qurtulmaq üçün meydanda mübarizə apardığı halda, ehtiyat qapıçı Ueyn Şou aclığa "boyun əyib". 125 kq çəkiyə malik 45 yaşlı qolkiperin hərəkətini ehtiyat skamyanın digər üzvləri normal qarşılayıblar.