Öz qapısına elə bir qol vurdu ki...
İsveçrə aşağı liqasında "Pulli Futbol" və "Renens" kollektivləri arasında keçirilən oyununda azarkeşlər qeyri-adi qola şahidlik ediblər. SportLine.az xəbər verir ki, birincilərin müdafiəçisi Adrian Qulfo topu uzaqlaşdırmaq istəyərkən futbol tarixinin ən gözəl avtoqollarından birinə imza atıb.