Ozan "Şalke"yə keçir

Türkiyə millisinin və "Şalke 04" müdafiəçisi Ozan Kabak yaxın dəqiqələrdə İngiltərənin "Norviç" klubu ilə müqavilə imzalayacaq.

Sportline.az xəbər verir ki, məlumatı italyan jurnalist Fabrisio Romano "Twitter" hesabı üzərindən yayıb.

Xəbərə görə, futbolçu "Norviç"ə 15 milyon avroya başa gəlib. Müqavilənin müddəti barədə ətraflı məlumat yoxdur.

Qeyd edək ki, Ozan Kabak gələcəkdə başqa kluba keçəcəyi təqdirdə, onun transferindən "Şalke" 15% pay sahibi olacaq.