Ozancan Kökçü Rəşad Sadıqovu İslamiadada görmək istəyir
Hollandiyanın "Feyenord" klubunun şərəfini qoruyan Ozancan Kökçü İslamiada ilə bağlı fikirlərini bölüşüb. Sportline.az xəbər verir ki, azerisportun suallarını cavablandıran futbolçu İslam Həmrəyliyi Oyunlarına qatılacaq komandada "Qarabağı"ın kapitanı Rəşad Sadıqovu da görmək istədiyini deyib: "Rəşad Sadıqovu dəvət etsəydilər çox yaxşı olardı. Çünki, onun kimi futbolçunun komandaya böyük köməyi dəyərdi. Mənim kimi gənclər də ondan öyrənərdik. Sadıqov illərlə sabit oyun göstərən, olduqca güclü futbolçudur. Onun təcrübəsinə ehtiyac duyulur"