Paketa evinə qayıtmaq istəyir

"Vest Hem Yunayted"in yarımmüdafiəçisi Lukas Paketa sabiq komandası "Flamenqo"ya qayıtmaq istəyir.

Sportline.az xəbər verir ki, brazilyalı futbolçu bu transferin reallaşması üçün London klubuna israr edir.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, L.Paketa cari mövsüm meydana çıxdığı 19 matçda 5 qol, 1 asistlə yadda qalıb.