Paris 2024: Bu gün qadınların voleybol yarışlarında finalçılar məlum olacaq

Paris Olimpiyadasında qadınların voleybol yarışlarında yarımfinal mərhələsi bu gün start götürəcək.

Sportline.az xəbər verir ki, ilk qarşılaşmada Braziliya və ABŞ milliləri üz üzə gələcəklər. Görüş Bakı vaxtı ilə 18:00-da başlayacaq.

Finala vəsiqə uğrunda digər oyunda Türkiyə millisi İtaliya ilə qarşılaşacaq. Bu matç saat 22:00-da start götürəcək.

Qeyd edək ki, Tokiyoda keçirilən son Olimpiya Oyunlarının qalibi ABŞ seçməsi olub.