"Qalatasaray" Leao ilə anlaşdı

“Qalatasaray” “Milan”ın futbolçusu Rafael Leao transferində mühüm irəliləyiş əldə edib.

Sportline.az xəbər verir ki, Türkiyə nəhəngi 27 yaşlı portuqaliyalı futbolçu ilə illik maaş məsələsində razılığa gəlib. Məlumata görə, İstanbul təmsilçisi indi Milanı transfer şərtləri ilə bağlı razı salmağa çalışır. İddialara görə, İtaliya klubu Leao üçün 40 milyon avro transfer haqqı tələb edir. “Qalatasaray” isə futbolçunu transfer etmək seçimi ilə icarəyə götürmək niyyətindədir.

Leaonun menecerinin isə futbolçunu “Aston Villa”ya satmaq üçün çalışdığı qeyd olunur.