"Paris Sen-Jermen" - "Real Madrid": Heyətlərdəki son durum
ABŞ-də keçirilən klublararası dünya çempionatında yarımfinal mərhələsinin ikinci oyunu bu gün keçiriləcək.
Sportline.az xəbər verir ki, “Paris Sen-Jermen” “Real Madrid”lə qarşılaşacaq.
Paris klubu yarımfinala “İnter Mayami” və “Bavariya”nı məğlub edərək gəlmişdisə, “Real Madrid” “Yuventus” və “Borussiya Dortmund” kimi rəqibləri mübarizədən kənarlaşdırmışdı.
Heyətlərə nəzər saldıqda PSJ-də Paço və Lukas Hernandez cəza səbəbindən oyunu buraxmalı olacaq.
“Real Madrid”də isə Ferland Mendi, David Alaba, Eduardo Kamavinqa, Endrik zədə, Din Höysen isə cəza səbəbindən matçda iştirak edə bilməyəcək.
Start fiti saat 23:00-da səslənəcək oyunu polşalı hakim Şimon Marçinyak idarə edəcək.