Parti İstanbul nəhənginin transfer hədəfinə çevrilib

"Qalatasaray" klubu heyətinə yeni yarımmüdafiəçi transfer etməyi planlaşdırır.

Sportline.az jurnalist Qreymi Beylinin məlumatına istinadən xəbər verir ki, "Arsenal"dan azad agent kimi ayrılacağı gözlənilən Tomas Parti "Qalatasaray"dan təklif alıb.

32 yaşlı futbolçu London klubu ilə yeni müqavilə imzalamaq niyyətində deyil. 

Qeyd edək ki, Parti "Arsenal"a 2020-ci ilin oktyabr ayında "Atletiko Madrid"dən 50 milyon avro qarşılığında transfer olunmuşdu.