Pavel Paşayev 90 dəqiqə oynadı

Azərbaycan millisinin üzvü - Pavel Paşayevin şərəfini qoruduğu "Stal" Ukrayna Premyer Liqasının 23-cü turunda "Karpatı" ilə qarşılaşıb. SportLine.az xəbər verir ki, görüş "Karaptı"nın qələbəsi ilə yekunlaşıb - 2:0.

P.Paşayev start heyətində meydana daxil olub və sonadək mübarizə aparıb.

Qeyd edək ki, 23 oyundan sonra aktivində 24 xal olan “Stal” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.