Paytaxt klubunda baş məşqçi dəyişikliyi

Moskva CSKA-sının kişilərdən ibarət basketbol komandasında ayrılıq yaşanıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Emil Raykoviçlə yollarını ayıran CSKA komandası yunanıstanlı mütəxəssis Andreas Pistoloislə razılıq əldə edib.

Daha əvvəl CSKA-da 8 mövsüm köməkçi məşqçi kimi çalışan Pistolis, baş məşqçi karyerasına ötən il “Qalatasaray”da başlayıb.

Rusiya klublarının THY Avroliqadan kənarlaşdırılmasından sonra sadəcə VTB Liqasında çıxış edən CSKA mövsümü 3-cü sırada tamamlayaraq pley-offda “Yenisey”ə rəqib olub.