Pedro Enrike: "Bizi qalib də saya bilərsiniz"

"Qarabağ"ın yarımmüdafiəçisi Pedro Enrike Çempionlar Liqasının “Atletiko” ilə səfər oyunundan (1:1) sonra Braziliya mətbuatına açıqlama verib. Sportline.az xəbər verir ki, qırmızı vərəqə ilə cəzalandırılan futbolçu bunları deyib: "Oyunun nəticəsinə görə çox sevinirəm. Böyük uğurdur. Bizi qalib də saya bilərsiniz. İlk hissədə gözəl çıxış etdik. Ancaq futbolda belə nəticələrin qeydə alınması normaldır. Hesab edirəm ki, ən azı birinci hissədəki oyunumuzla buna layiq idik. Komandamı azlıqda qoyduğum üçün təəsüflənirəm Hakim çox sərt qərar verdi. Düşünürəm ki, birbaşa qırmızı vərəqəyə layiq deyildim".