Pekin-2022: Rusiya və Belarus paralimpiyaçılarının iştirakına icazə verilib

Beynəlxalq Paralimpiya Komitəsi (IPC) Rusiya və Belarus idmançılarının Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirakına icazə verib.

Sportline.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, paralimpiyaçılar yarışda IPC-nin bayrağı altında çıxış edəcəklər. Onların nəticələri qeyri-rəsmi medal sıralamasında nəzərə alınmayacaq.

Bundan başqa, IPC bu yaxınlarda Rusiya və Belarus Milli Paralimpiya komitələrinin mümkün diskvalifikasiyası ilə bağlı təcili iclas keçirəcək. Bu iki ölkədə növbəti bildirişədək heç bir beynəlxalq yarış olmayacaq.

Qeyd edək ki, Pekin paralimpiadası 4 - 13 martda keçiriləcək.