Pep Qvardiola: "Bəlkə siz məndən daha yaxşı məlumatlısınız"
“Mançester Siti”yə qarşı irəli sürülən 115 maliyyə pozuntusu ittihamı ilə bağlı qərar hələ də açıqlanmayıb, baxmayaraq ki, bu proses illər əvvəl başlanıb.
Sportline.az xəbər verir ki, klub hər zaman hər hansı qanun pozuntusu etmədiyini bildirib, lakin bu məsələdə Pep Qvardiola da qaranlıqda qalır.
“Bu, sualı mən də sizə verirəm; bilmirəm. Bilmirəm”, – Qvardiola mətbuat konfransında vəziyyətlə bağlı suala cavab verərkən deyib.
“Bəlkə siz məndən daha yaxşı məlumatlısınız! Sizdə də yoxdur? Məndə də yoxdur. Çox istərdim ki, olsun, amma bilmirəm, bilmirəm.