Peşəkar Futbol Liqası II Liqa klublarına dəstək olur

Peşəkar Futbol Liqası (PFL) II Liqada çıxış edəcək klublara dəstək olur.

Qurumdan Sportline.az-a verilən məlumata görə, komandaların maddi-texniki bazasına dəstək məqsədilə PFL hər bir kollektivə 2025/2026 mövsümü üçün 20 ədəd futbol topu hədiyyə edəcək.

Yeni mövsümdə II Liqa komandaları “Adidas Tiro Pro” markalı toplardan istifadə edəcəklər.