Petr Çex xokkeyə keçir

Çexiya millisinin və "Çelsi"nin sabiq qapıçıs Petr Çex İngiltərə Milli Xokkey Liqasında oynayacaq.

Sportline.az xəbər verir ki, ikinci divizion təmsilçisi "Qilford Feniks" 39 yaşlı sabiq qolkiperlə 2021/2022 mövsümünü əhatə edən müqavilə imzalayıb.

Qeyd edək k, Çex 2019/2020 mövsümündə də bu klubda çıxış edib və 6 matçda oynayıb.