Pinamonti karyerasını İngiltərədə davam etdirə bilər

"Sassuolo"nun futbolçusu Andrea Pinamonti karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Standard" nəşrinə istinadən xəbər verir ki, "Vest Hem Yunayted" və "Brentford" sözü gedən futbolçunu transfer etmək istəyən klubların siyahısında yer alır.

Pinamontinin transfer qiyməti 15 milyon avrodur. O, ötən mövsüm meydana çıxdığı 37 matçda 11 qol 1 asistlə yadda qalıb.

Qeyd edək ki, 26 yaşlı forvard geridə qalan mövsümü "Cenoa"da icarə əsasında keçirib.