Pirlo karyerasını bitirdi
Əfsanəvi futbolçu Andrea Pirlo futbolla vidalaşıb. SportLine.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi bu gün son oyununa çıxıb.
"Nyu-York Siti"nin şərəfini qoruyan italiyalı futbolçu ABŞ Çempionatında “Kolambus”a qarış görüşün 90-cı dəqiqəsində meydana daxil olub. Bu, A.Pirlonun sonuncu oyunu kimi yadda qalacaq.
Qeyd edək ki, görüş "Nyu-York Siti"nin qələbəsi ilə yekunlaşıb - 2:0.