Pirlo Türkiyəyə gəlir?

"Yuventus"un sabiq baş məşqçisi Andrea Pirlo Türkiyə "Fatih Karagümrük"ünü çalışdırmağa yaxındır. 

Sportline.az xəbər verir ki, bu barədə italiya mətbuatı məlumat yayıb. 43 yaşlı mütəxəssis artıq Superliqa klubu ilə razılığa gəlib. Tərəflər yaxında 1 illik müqavilə imzalayacaqlar. 

Qeyd edək ki, "Fatih Karagümrük" geridə qalan mövsüm Superliqanı 8-ci pillədə başa vurub.