Platini FİFA prezidentliyinə namizədliyini geri götürdü
UEFA-nın sabiq prezidenti Mişel Platini FİFA prezidentliyinə namizədlikdən imtina edib. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, Platini özü bu barədə məlumat verib.
8 il müddətinə futboldan kənarlaşdırılan Platini bundan sonra diqqətini cəzadan xilas olmağa yönəldəcəyini bildirib:
"FİFA prezidentliyinə namizədlikdən imtina etdim. Artıq diqqətimi özümü müdafiə etməyə yönəldəcəm. Blatterin istefasından sonra 150 federasiya mənə dəstək oldu. Lakin indiki halda motivasiyam qalmayıb. Hər zaman mübarizə aparmışam, amma mənə yetərincə şans verilməyib. İşlərin sonu heç də yaxşı görünmür".
Qeyd edək ki, FİFA prezidenti vəzifəsinə seçkilər fevralı 26-da Sürixdə keçiriləcək.