Poçettinodan Mbappe açıqlaması
PSJ-nin baş məşqçisi Maurisio Poçettino (Mauricio Pochettino) Kilian Mbappenin (Kylian Mbappé) "Real Madrid"ə mümkün keçidini şərh edib.
Sportline.az xəbər verir ki, bu barədə mütəxəssis GFFN-ə açıqlamasında danışıb.
"Klubun prezident və idman direktoru Mbappe ilə bağlı vəziyyəti mənə deyiblər. Mbappe özü mənə PSJ-dən getmək istədiyini deməyib. Kilian özünü yaxşı hiss edir və sabahki oyunumuza hazırlaşır", - 49 yaşlı mütəxəssis bildirib.
Qeyd edək ki, bir müddət öncə PSJ "Real Madrid"in ikinci təklifini də rədd edib. Madrid klubu hücumçu üçün parislilərə 170 milyon avro üstəgəl 10 milyon avro bonus təklif edib. Hazırda Mbappe "Real"dan üçüncü cəhdi gözləyir.