Pol Poqba üçün 133 milyon avro
Madrid "Real"ının yeni baş məşqçisi Zinəddin Zidan "Yuventus"un ulduzu Pol Poqbanı komandası görməkdə israrlıdır. SportLine.az "Sun" nəşrinə istinadən xəbər verir ki, artıq mütəxəssis rəhbərliyi futbolçunun keçidinə razı salıb. Klub bunadən bir neçə təklifi rədd edən "Qoca Sinyora"ya fantastik məbləğlə müraciət etməyi düşünür. Məlumata görə, "Kral klubu" fransalı futbolçu üçün 133 milyon avrosundan keçməyə hazırdır.
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi 2012-ci ildən Turin təmsilçisinin şərəfini qoruyur.