Pol Poqbanın taleyi məlum oldu
"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Solşer yarımmüdafiəçi Pol Poqbanın yay transfer pəncərəsində komandadan ayrılmayacağını söyləyib.
Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, fransalı oyunçunun klubdakı oyunundan zövq aldığını deyib: "Poqba sentyabrın 1-i burada olacaq. Müqavilənin beş və ya bir illik olmasının əhəmiyyəti yoxdur. "Mançester Yunayted"lə müqavilə imzalayanda ardıcıl səviyyədə işləməlisən.
Poqba "Mançester Yunayted"dəki oyunundan zövq alır. Dəfələrlə demişəm ki, mənim işim Pol, Bruno və komandada olan digər yaxşı oyunçulardan maksimum faydalanmaqdır".
Qeyd edək ki, 28 yaşlı futbolçunun "Mançester Yunayted" lə müqaviləsi 2022-ci ilin yayında başa çatır.