Portuqaliyalı məşqçi: “Azərbaycan gimnastikasında çox gözəl inkişaf gedir”

“Azərbaycan gimnastikasında çox gözəl inkişaf gedir. Bu, ötən il keçirilən dünya çempionatlarındakı nəticələrlə sübut olunub”.

Bunu Sportline.az saytına açıqlamasında Bakıda seminarda olan bədii gimnastika üzrə portuqaliyalı məşqçi Tristao Avila Karvalyo Maria De Lurdes deyib.

Təcrübəli mütəxəssis bildirib ki, əsas məqsədi azərbaycanlı gimnastları daha da inkişaf etdirməkdir: “Dünən keçirilən seminarlarda iştirak etmişəm. Orada azərbaycanlı gimnastların potensialını gördüm. Məqsəd onların daha yaxşı inkişafına kömək olmaqdır. Gimnastlar hərəkətlərindəki təbiiliyi auditoriyaya göstərməlidirlər”.

De Lurdes yanvarın 12-də Azərbaycan yığmasının idmançılarının çıxışlarını izləyəcəyini vurğulayıb: “Azərbaycan yığmasının bir çox beynəlxalq dərəcəli mötəbər yarışlarda qrup hərəkətləri və individual şəkildə çıxışlarını görüb bəyənmişəm. Sabah komandanın əvvəlcə qrup hərəkətləri, ardından isə fərdi proqram üzrə çıxışlarına baxacağam”.