Postekoğlu “Fənərbağça”nın baş məşqçisi ola bilər
"Fənərbağça"nın rəhbərliyi klubun sükanı arxasına Ange Postekoğlunu gətirmək istəyir.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
Təcrübəli mütəxəsis son olaraq Londonun "Tottenhem" klubunu çalışdırıb.
Qeyd edək ki, "Fənərbağça" portuqaliyalı baş məşqçi Joze Mourinyo ilə müqaviləyə xitam verib.