"Qarabağ" və "Neftçi"dən qələbə
Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura yekun vurulub.
Sportline.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib.
Son çempion "Neftçi" səfərdə "Zirə" ilə qarşılaşıb. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 2:1.
Digər görüşdə isə "Qarabağ" doğma meydanda "Səbail"i qəbul edim. Ağdam klubu rəqibini 3 cavabsız qolla məğlub edib.
Azərbaycan Premyer Liqası, 2-ci tur
22 avqust
20:30. “Qarabağ” –“Səbail” - 3:0
Qol: Musa Qurbanlı, 30, 45+2, Filip Ozobiç, 75
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Fərid Hacıyev
“Azersun Arena”
18:30. “Zirə” – “Neftçi” - 1:2
Qol: Fəhmin Muradbəyli, 72 (0:1), Emin Mahmudov, 90+2 (1:1), David Volkov, 90+4 (1:2)
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Səbuhi Bayramov
Zirə İdman Kompleksinin stadionu
21 avqust
“Sumqayıt” –“Sabah” - 2:0
“Qəbələ” – “Keşlə” - 2:1
|
Bombardirlər:
Rəhim Sadıxov ("Sumqayıt") - 2 qol
Fəhmin Muradbəyli ("Neftçi") - 2 qol
Musa Qurbanlı ("Qarabağ") - 2 qol