Premyer Liqada yeni qayda

İngiltərə Premyer Liqasında 2025/26 mövsümünün açılış matçında “Liverpul” və “Bornmut” komandaları üz-üzə gələcək. Sezonun ilk oyunu ilə birlikdə liqada yeni bir tətbiq də qüvvəyə minir.

Sportline.az xəbər verir ki, İngiltərə mətbuatının yaydığı xəbərə görə, yeni mövsümdən etibarən Premyer Liqa qarşılaşmalarında hakimlərin taxdığı kameraların görüntüləri də yayım zamanı istifadə olunacaq.

Bu yenilik sayəsində qol epizodları və digər önəmli anların təkrarında hakim kameralarının çəkdikləri görüntülərdən yararlanmaq mümkün olacaq.