Premyer Liqada yeni rekord müəyyənləşdirdi

“Mançester Yunayted”in portuqaliyalı yarımmüdafiəçisi Bruno Fernandeş İngiltərə çempionatında bir mövsümdə ən çox məhsuldar ötürmə edən futbolçu olub.

Sportline.az xəbər verir ki, “Brayton”la son tur oyununda Fernandeş Patrik Dorqunun qoluna assist edib. Bu, onun mövsümdəki 21-ci məhsuldar ötürməsi olub.

Beləliklə, Fernandeş Tyeri Anri və Kevin de Bröynenin rekordunu geridə qoyub. Hər iki futbolçu bir mövsümdə 20 assist etmişdi.

31 yaşlı Fernandeş 2020-ci ildən “Mançester Yunayted”də çıxış edir. O, klubla İngiltərə Kuboku və Liqa Kubokunu qazanıb.