Premyer Liqa başladı: "Sabah" uduzdu, "Sumqayıt"dan qələbə
Bu gün Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünə start verilib.
Sportline.az xəbər verir ki, 1-ci turda ilk oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Sabah" doğma meydanda "Səbail"i qəbul edib və 0:1 hesabı ilə uduzub.
Digər görüşdə isə "Sumqayıt" səfərdə "Keşlə" ilə üz-üzə gəlib və 2:0 hesabı ilə qalib gəlib.
Azərbaycan Premyer Liqası, 1-ci tur
14 avqust
20:30. “Keşlə” – “Sumqayıt” - 0:2
Qollar: Rəhim Sadıxov, 83,89
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Vüqar Həsənli
“ASK Arena”
18:30. “Sabah” – “Səbail” - 0:1
Qol: Yurqen Qoxa, 30
Qırmızı vərəqə: Coy-Lens Mikels, 92+3-iki sarı vərəqə ("Sabah")
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Fərid Hacıyev
“Bank Respublika Arena"
15 avqust
18:00. Zirə" - "Qarabağ"
20:00. "Neftçi" - "Qəbələ"