"Prezident Kuboku-2025” beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2025” beynəlxalq reqatasına bu gün yekun vurulacaq.

Sportline.az-ın Mingəçevirə ezam olunan əməkdaşının məlumatına görə, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində növbəti mükafatçılar müəyyənləşəcək.

Azərbaycan təmsilçiləri əvvəlki iki gündə 8 medala (3 gümüş, 5 bürünc) sahib çıxıblar.

Qeyd edək ki, turnirə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan 200-dən çox avarçəkən qatılıb.