Prosineçki Messini, Sadıqov Ronaldonu seçdi

FİFA "The Best" mükafatı üçün səsvermədə iştirak edən baş məşqçilər və kapitanların seçimlərini ictimaiyyətə açıqlayıb. SportLine.az xəbər verir ki, Azərbaycan millisinin çalışdırıcısı Robert Prosineçkinin və kapitan Rəşad Sadıqovun da kimə səs verdiyi müəyyənləşib. 

Beləliklə, 

Robert Prosineçki
 
Ən yaxşı baş məşqçi: 1. Zinəddin Zidan (“Real”), 2. Antonio Konte (“Çelsi”), 3. Leonardo Jardim (“Monako”)
 
Ən yaxşı oyunçu: 1. Lionel Messi (“Barselona”), 2. Kristiano Ronaldo (“Real”), 3. Luka Modriç (“Real”)
 
Rəşad Sadıqov
 
Ən yaxşı baş məşqçi: 1. Zinəddin Zidan (“Real”), 2. Massimilano Alleqri (“Yuventus”), 3. Antonio Konte (“Çelsi”)
 
Ən yaxşı oyunçu: 1. Kristiano Ronaldo (“Real”), 2. Neymar (“Barselona”/PSJ), 3. Lionel Messi (“Barselona”)

Xatırladaq ki, ilin ən yaxşı baş məşqçisi "Real"ın çalışdırıcı Zinəddin Zidan, ilin ən yaxşı futbolçusu isə "Real"ın hücumçusu Kriştiano Ronaldo seçilib.