Prosineçki millini tənqid edənlərə etirazını bildirdi

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ölkəsinin mətbuatına açıqlama verib. SportLine.az xəbər verir ki, narod.hr saytına danışan mütəxəssis Xorvatiya millisini tənqid edənlərə etirazını bildirib:

“Bizdə qəribə adamlar var. Komanda qalib gəlsə də, tənqid edirlər. Camaat, biz güclü komandanı udmuşuq. Şevçenkonun gəlişindən sonra Ukrayna əvvəlkindən daha yaxşı oynayır. Biz yaxşı oyun keçirdik. Görün, bu mövsüm bizim futbolçular neçə oyunda meydana çıxıb. Modriç əla təsir bağışlamasa da, yaxşı idi. Fikrimcə, bu qələbə sayəsində Xorvatiya Rusiyada keçiriləcək dünya çempionatına doğru ciddi addım atdı”.

Qeyd edək ki, hazırda Xorvatiya 13 xalla I qrupunun lideridir.