Prosineçki təkzib edir

Millimizin baş məşqçisi Robert Prosineçki Bosniya və Hersoqovina komandası ilə adının hallanmasına münasibət bildirib. Sportline.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Bosniya və Hersoqovinanın “Mondo.ba” nəşrinə açıqlamasında rəsmi təklif almadığını bildirib: “Bu sual mənə ikinci dəfə verilir. Ancaq mən də bunu yenicə eşitmişəm. Heç bir şeydən xəbərim yoxdur. Mənə heç bir təklif gəlməyib". Qeyd edək ki, millimizlə müqaviləsi dekabrda yekunlaşacaq 48 yaşlı mütəxəssisin Azərbaycandan ayrılacağı gündəmdədir.