Prosineçkinin Bakıya gələcəyi tarix məlumdur
Milli komandamızın baş məşqçisi Robert Prosineçkinin Bakıya səfərinin vaxtı dəqiqələşib. Sportline.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Almaniyadan birbaşa ölkəsinə yollanan xorvat müqavilə ilə bağlı məsələyə gələn həftə aydınlıq gətirmək niyyətindədir: “AFFA ilə dekabra qədər müqaviləm var. Gələn həftənin ikinci günü Bakıya gedəcəm. Məqsədim oradakı işimlə bağlı məsələni tam aydınlaşdırmaqdır”.