Prosineçkinin cavablandıracağı suallar var
2018-ci il dünya çempionatının təsnifat mərhələsinin Azərbaycan – Şimali İrlandiya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.
Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O`Nil iyunun 9-da saat 18:15-də jurnalistlər önünə çıxacaq. Rəqibin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə 19:00-da başlayacaq.
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki saat 19:45-dən etibarən media nümayəndələrinin suallarını cavablandıracaq. Komandamızın açıq məşqi isə 20:15-də start götürəcək.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlanacaq.