Prosineçkinin əvəzləyicisi məlum oldu
“Bursaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib. Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu fransalı mütəxəssis Pol Le Quendir. Millimizin baş məşqçisi Robert Prosineçki ilə danışıqları baş tutmayan bursalılar“Lion”, PSJ və “Reyncers” kimi klublarda işləmiş Pol Le Quenlə razılıq əldə ediblər. 53 yaşlı mütəxəssis yeni komandası ilə müqavilə bağlamaq üçün yaxın günlərdə Türkiyəyə səfər edəcək.