PSJ avtoqolla kuboka sahib çıxdı
Fransa Kubokunda 2016/2017-ci il mövsümünün qalibi bəlli olub. SportLine.az xəbər verir ki, həlledici matçda PSJ və "Anje" üz-üzə gəlib. Matçın taleyini bir qol həll edib. İssa Sissokonun avtoqolu Paris təmsilçisinə qələbə qazandırıb.