PSJ fransalı futbolçu üçün "Atletiko"ya rəsmi təklif göndərib
"Paris Sen-Jermen"in yeni transfer hədəfi bəlli olub.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, PSJ fransalı futbolçu Antuan Qrizmann üçün "Atletiko"ya rəsmi təklif göndərib.
Paris klubu Qrizmann üçün qarşı tərəfə 20-25 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, 33 yaşlı futbolçunun "Atletiko Madrid"lə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
A.Qrizmann bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 40 oyunda 16 qol və 7 məshuldar öütrmə müəllifi olub.