PSJ fransalı futbolçusu ilə bağlı qərar verib

"Paris Sen-Jermen" fransalı futbolçusu Randal Kolo Muani ilə bağlı qərar verib.

Sportline.az "Repubblica" nəşrinə istinadən xəbər verir ki, Paris klubu 26 yaşlı futbolçunu 50 milyon avro qarşılığında satmağa hazırdır.

Kolo Muani ötən mövsümü "Yuventus"da icarə əsasında keçirib.

Qeyd edək ki, futbolçunun PSJ ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.