PSJ haqqında Netflix filmi olacaq
“Pari Sen-Jermen” Netflix-də 2024/25 mövsümündə qazandığı tarixi üçlüklə (Liqa 1, Fransa Kuboku və Çempionlar Liqası) bağlı sənədli film yayımlayacaq.
Sportline.az xəbər verir ki, klub prezidenti Nasser Əl-Xelaifi layihəni təqdim edib. Sənədli film PSJ tarixinin ən uğurlu mövsümünə eksklüziv pərdəarxası baxış imkanı verəcək.
Hazırda istehsal prosesi davam edir və filmin dekabr ayında Netflix-də yayımlanacağı gözlənilir. Tamaşaçılara komandanın Liqa 1, Fransa Kuboku və Çempionlar Liqasındakı qələbə yoluna dair xüsusi görüntülər təqdim olunacaq.