PSJ-nin prezidenti "Başakşəhər"i alır
PSJ-nin sahibi Nasser Əl-Xəlifi daha bir klub almağa hazırlaşır. SportLine.az "Fanatik"ə istinadən xəbər verir ki, ərəb milyarderin hədəfində "Başakşəhər" klubu var.
İstanbul təmsilçisinin rəhbərliyi danışıqlara başlayan Əl-Xəlifi ilkin razılığa nail olub.
Qeyd edək ki, Super Liqanın yayım hüququna yiyələn BeIN Sports telekanalı da Nasser Əl-Xəlifiyə məxsusdur.