PSJ "Real"a 80 milyon avro təklif edib

PSJ-nin əsas transfer hədəfi bəlli olub.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Paris klubu "Real Madrid"in 22 yaşlı futbolçusu Eduardo Kamavinqa üçün 80 milyon avro təklif edib.

Fransalı futbolçunun "Real"la müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Qeyd edək ki, Kamavinqa 2021-ci ilin avqust ayında "Renn"dən "Real"a 31 milyon avro qarşılığında transfer olmuşdu.