PSJ "Real"dan güclü oldu
FİFA klublararası dünya çempionatının ikinci finalçısının adına aydınlıq gətirilib.
Sportline.az xəbər verir ki, ABŞ-nin Nyu-Cersi ştatındakı "MetLife" arenasında PSJ və "Real" üz-üzə gəlib.
Fransa təmsilçisi rəqibini 4:0 hesabı ilə darmadağın edib.
Paris klubunun qollarını dublla yadda qalan Fabian Ruis, Usman Dembele və Qonsalu Ramuş vurublar.
Beləliklə, PSJ finalda "Çelsi" ilə üz-üzə gələcək. Həlledici görüş iyulun 13-də baş tutacaq.