PSJ "Tottenhem"ə qarşı

Bu gün UEFA Süper Kubokunun sahibi bəlli olacaq.

Sportline.az xəbər verir ki, Çempionlar Liqasının son qalibi "Paris Sen-Jermen", Avropa Liqasının kubokunu başı üzərinə qaldıran "Tottenhem"lə münasibətlərini aydınlaşdıracaq.

Bu oyundan öncə Paris klubunda ciddi dəyişiklik gözə çarpır. İtaliyalı qapıçı Canluici Donnaruma klubdan ayrıldığını açıqlayıb. PSJ bu görüşə optimal heyətlə çıxacağı gözlənilir. Yeni transfer qapıçı Lukas Şövalye yeni klubunda debüt edəcək. 21 yaşlı futbolçu Parisə "Lill"dən 40 milyon avro qarşılığında transfer olunub.

"Tottenhem" isə yeni baş məşqçisi bu görüşə çıxacaq. London klubunu danimarkalı mütəxəsis Tomas Frank çalışdırır. İngiltərə təmsilçisinin heyətində itkilərin sayı kifayət qədərdir. Ceyms Meddison, Brayan Gil, Deyan Kulusevski, Desti Udogi, Radu Draquşin və Monor Solomon zədə səbəbindən komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək oyunu portuqaliyalı hakim Joao Pedro Silva Pinhero idarə edəcək.