PSJ “Tottenhem”i məğlub edərək UEFA Superkubokunun qalibi olub

Fransanın PSJ klubu İngiltərənin "Tottenhem"inə qalib gələrək tarixində ilk dəfə UEFA Superkubokunun sahibi olub.

Sportline.az xəbər verir ki, İtaliyanın Udine şəhərindəki "Friuli" stadionunda keçirilən görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.

Bundan sonra qalibi penaltilər seriyasında müəyyən etmək lazım gəlib ki, burada da fransızlar daha dəqiq olublar.

Qeyd edək ki, PSJ ötən mövsüm UEFA Çempionlar Liqasının, "Tottenhem" isə Avropa Liqasının qalibi olub.