PSJ Viynaldumu təqdim etdi

PSJ heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, Paris təmsilçisi niderlandlı yarımmüdafiəçi Georginyo Veynaldumu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, mövsümün sonunda "Liverpul"la müqaviləsi bitən Viynaldum PSJ-yə azad agent kimi keçib.