"Puşkaş" mükafatı sahibini tapdı

FİFA-nın "İlin ən yaxşı qolu" üçün təqdim etdiyi "Puşkaş" mükafatının sahibi bəlli olub. SportLine.az xəbər verir ki, "Arsenal" klubunun və Fransa millisinin hücumçusu Olivye Jiru “Arsenal” - “Kristal Pelas” matçında vurduğu qola görə sözügedən mükafatla təltif edilib.