Qabi: "Hər üç oyunda qalib gəlməliyik"

"Atletiko"nun kapitani Qabi "Qarabağ"la görüşdən sonra fikirlərini klubun saytı ilə bölüşüb. SportLine.az xəbər verir ki, yarımmüdafiəçi qələbəyə layiq olduqlarını deyib:

"Daha çox real imkanımız oldu. Xüsusilə, ilk hissədə yaxşı oynadıq. Amma rəqib hücumları qolla yekunlaşdırmağa imkan vermədi. Çətin oyun idi və bir xalla kifayətləndik".

Futbolçu növbəti mərhələyə yüksəlmək üçün növbəti üç görüşdə qələbənin vacib olduğunu deyib:

"Üç oyunumuz var və hər görüşə qələbə üçün çıxacağıq. Növbəti mərhələyə yüksəlmək üçün hər oyunda 3 xala ehtiycımız var. Çatışmazlıqları aradan qaldırıb vəzifənin öhdəsindən gələcəyimizə inanıram".

Xatırladaq ki, "Qarabağ" - "Atletiko" matçı qolsuz heç-heçə ilə yekunlaşıb.