"Qalatasaray" Barışla bağlı qərar verib

"Qalatasaray" Barış Alper Yılmazla bağlı mövqeyini açıqlayıb.

Sportline.az xəbər verir ki, Səudiyyə Ərəbistanının NEOM klubu tərəfindən istənilən Barış Alper Yılmazla bağlı İstanbul təmsilçisi qərarını verib.

Jurnalist Ertan Süzgünün yaydığı məlumata görə, “sarı-qırmızılar” 25 yaşlı türkiyəli futbolçunun satılmasına razılıq verməyib və NEOM-un göndərdiyi bütün təklifləri rədd edib. Beləliklə, vinger komandada qalacaq.