"Qalatasaray" basketbol komandası daha bir transferini açıqlayıb

"Qalatasaray" basketbol komandası yeni mövsümün 3-cü transferini gerçəkləşdirib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Türk Telekom"da çıxış edən Ceyms Palmeri heyətinə qatıb.

ABŞ-li basketbolçu ilə 1 illik müqavilə imzalanıb. 

27 yaşlı oyunçu ötən mövsüm Türkiyə Super Liqasında 14.8 xal, 3.1 ribaund və 2.9 asist ortalaması ilə çıxış edib.

Qeyd edək ki, Ceyms Palmer Türkiyə karyerasından əvvəl  Fransanın "Bourq" komandasının uğurları üçün çalışıb.